Braziliya yığmasının qapıçısı “Qalatasaray”a keçidə razılıq verdi
11.11.2010 - 13:15
“Qalatasaray” növbəti “transfer bombası”nı partladır. Apasport.az saytının məlumatına görə, “Cim Bom” “Roma” və Braziliya yığmasının qapıçısı Aleksander Doni ilə ilkin razılıq əldə edib.
31 yaşlı futbolçunun Türkiyədəki transfer işlərində vasitəçi olan Qəhrəman Arslan sabah “Qalatasaray”ın prezidenti Adnan Polatla görüşərək, keçiddə son nöqtəni qoyacaq.
Doni təklif alandan sonra “Cim Bom”un əfsanəvi qapıçısı olan həmyerlisi Klaudio Taffareli arayaraq, ondan klub haqda məlumat alıb. Müsbət cavablar alan qapıçının meneceri Arslan baş məşqçi Georgi Hacı ilə görüşüb. O, keçidə razılıq alandan sonra Polatla görüş təyin olunub.
Doni anlaşmaya görə, 2,5 milyon avro təzminat qarşılığında “Qalatasaray”la “2+1” illik müqavilə imzalayacaq. Yığmada 10 oyun keçirən Aleksander ilk beynəlxalq görüşünü 2007-ci ildə Türkiyə millisi ilə keçirib. O, qaytardığı penalti zərbəsi ilə yığmasına Amerika kuboku qazandırıb. Avropaya gələnə kimi vətənindən müxtəlif klublarda oynayan Aleksander 2005-ci ildən “Roma”dadır və 153 görüş keçirib.

0
0