“Fənərbaxça”dan gedəcək futbolçular bəlli oldu
11.11.2010 - 13:26
“Fənərbaxça” klubundan dövrələrarası fasilədə gedəcək futbolçuların adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aykut Kocaman Fabio Bilica, Andre Santos və Kristian Baronini komandasında görmək istəmir.
O, həmçinin gözlənilən oyunu nümayiş etdirə bilməyən Gökhan Ünaldan da imtina etmək niyyətindədir.
Heyətə 3 əcnəbi cəlb etməyi planlaşdıran Kocaman Quizanı da “dəftərdən” sildiyini bildirib. O, həmçinin Canerin yerinə yerli futbolçu axtardıqlarını da deyib.
Qeyd edək ki, “Fənərbaxça”nın heyətdə islahatlar aparmasına Ziraat Türkiyə kubokunda “Ankaragücü”yə 2:4 hesablı məğlubiyyət təkan verib.

- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
- “Qalatasaray”dan hücumçu həmləsi – Kolo Muani üçün hərəkətə keçir
0
0