Rəşad Sadiqov: “Bakı” qara günlərini yaşayır - MÜSAHİBƏ
11.11.2010 - 13:38
Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi
- Milli komandanın qısamüddətli toplanışı necə keçdi?
- Hər bir toplanış əvvəlcədən planlaşdırılır. Ancaq bu dəfə hazırlığın bir qədər çətin keçdiyini deyə bilərəm. Gündə 2 dəfə məşq edirdik. Bəlkə də çempionatın ortası olduğuna görə, bizə ağır gəldi. Ola bilsin, yorğunluğun da bunda rolu var. Toplanış Çernoqoriya ilə oyuna hazırlıq məqsədi daşıyırdı. Əsas odur ki, bu mərhələni zədəsiz başa vurduq.
- Klublardan yorğun gəlmisiniz, yoxsa toplanış zamanı yükləmələr çox oldu?
- Yorğun gəlmişdik. Çempionatda ağır oyunlar keçirdik. Həm də mövsümün əvvəlində Avropa Liqasında 8 oyun keçirmişdik. Buna görə də yükləmələr olmuşdu. 2 gün dincəlməyə vaxtımız olmayıb. Ona görə də yorğunluq hiss olunur.
- Qarşıdan Çernoqoriya ilə yoldaşlıq görüşü gəlir. Rəqib haqda hansı məlumata sahibsiniz?
- Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində İngiltərə ilə keçirdikləri oyunu izləmişik. Çox yaxşı komandadır. Təsadüfi deyil ki, bu gün öz qruplarında liderdir. Turnir cədvəlində İngiltərə kimi rəqibi qabaqlamaq komandanın səviyyəsindən xəbər verir.
- Həftəsonu “Qarabağ”ı Premyer Liqada daha bir çətin oyun gözləyir. Necə düşünürsünüz, “Bakı” səddini aşa biləcəksinizmi?
- “Bakı” qara günlərini yaşayır. “Gəncə”ni məğlub etdikdən sonra ola bilsin, bir qədər toparlanıblar. Bizimlə oyunda qisas almağa çalışacaqlar. Çünki 3 həftə əvvəl onları 2:0 hesabı ilə məğlub etmişdik. Meydana tam fərqli atmosferdə çıxacaqlar. Biz də qələbə qazanıb, liderlər qrupundan yer alan komandalarla xal fərqini azaltmağa çalışacağıq.
- “Qarabağ” Avropa Liqasının oyunları ilə əlaqədar, Premyer Liqaya istədiyi kimi start verə bilmədi. Sizcə, artıq “qara zolaq”dan çıxdığınızı düşünmək olarmı?
- Bunu “qara zolaq”la əlaqələndirmək istəməzdim. Çünki 1 oyunda məğlub olur, 2-3 matçda qələbə qazanırdıq. Fikrimcə, bu yorğunluqdan irəli gəlirdi. Əsas heyət bütün oyunlarda meydana çıxırdı. Həm də bir neçə futbolçumuzun zədələnməyi mənfi təsir göstərdi. Məsələn, Maksim Medvedev, Əfran İsmayılov zədələndi, Rəşad Sadıqov komandadan ayrıldı və s. İnanıram ki, qışa qədər toparlanıb, ən yaxşı oyunlarımızı oynayacağıq.
- Yorğunluq çıxıbmı?
- Deməzdim ki, çıxıb. Çünki dincəlmək üçün vaxtımız olmayıb. Çempionatın qrafiki elədir ki, bəzən 3 gündən bir, bəzən isə həftədə bir oyun keçiririk. İyulun əvvəlindən avrokubok oyunlarına başladıq. 4 aydır istirahətsiz oynayırıq.
- “Qarabağ”ın turnir cədvəlindəki mövqeyi barədə nə deyə bilərsən?
- Hazırda 5-ci pillədə qərarlaşmışıq. Çempionluq haqda indidən nəsə demək tezdir. Qarşıda uzun marafon var. Rəqiblərimizin itirəcəyi xallar çoxdur. Çalışacağıq ki, biz də xal itirmədən irəliləyək. Həm də komandanın qarşısına çempionluq məqsəd qoyulmayıb. Ancaq biz özümüz yüksək nəticə qazanmaq istəyirik.
- Etiraf edək ki, azarkeşlər maraqlı oyunlar izləyə bilmirlər. Oyunların əksəriyyəti sönük keçir. Bunun səbəbini nə ilə izah edə bilərsiniz?
- Əsas problem meydançalarla bağlıdır. Ən yaxşı arenamız olan Tofiq Bəhramov adına Respublika stadionunda 3 komanda ev oyunlarını keçirir. Yüklənmə çoxdur. Meydançalarımız bərbad vəziyyətdə olduğundan, futbolçular da həzz ala bilmirlər. Necə ki, meydançalarımız bu vəziyyətdədir, azarkeşlər çətin ki, yaxşı oyun izləyəcəklər.

0
0