“Spartak” kapitanını Azərbaycanla oyuna buraxmadı - EKSKLÜZİV
11.11.2010 - 14:32
Çernoqoriya yığmasının futbolçusu Miodraq Cudoviç Azərbaycanla yoldaşlıq görüşündə oynamayacaq. Bu barədə apasport.az saytına açıqlamasında futbolçunun özü məlumat verib. Onun sözlərinə görə, noyabrın 17-də Podqoritsada baş tutacaq matça dəvətli olsa da, gəlməyəcək.
Rusiya Premyer Liqasında mübarizə aparan Nalçik “Spartak”ının 31 yaşlı müdafiəçisi yığmamızla qarşılaşmada meydana çıxmağı çox istəsə də, düşərgədə olmayacaq. O bildirib ki, klubu yoldaşlıq görüşündənsə çempionatda oynamasını məqsədəuyğun sayıb: “Azərbaycanla matça açıqlanan siyahıda indi də adım var. Ancaq yığmaya getmədiyimdən, həmin görüşdə iştirak edə bilməyəcəyəm. Çünki 6-cı yerdə olan komandamızın Avroliqaya düşmək üçün yaxşı şansı var. Klubum da bunu nəzərə alaraq, Çernoqoriya Futbol Federasiyasından Azərbaycanla görüşə yollanmamağımı rəsmi şəkildə xahiş edib. Baş məşqçi Nalçikdə qalıb, hazırlaşmağıma icazə verdi. Ona görə də komandanı tərk etməyib, növbəti turda “Amkar”la oyuna hazırlaşacağam”.
Cudoviç millidəki komanda yoldaşı olan 27 yaşlı müdafiəçi Milan Yovanoviçlə “Spartak”da birgə oynayır. Nalçiklilər yığmamızla oyunun rəsmi yox, yalnız yoldaşlıq görüşü olduğunu nəzərə alaraq, futbolçularının Premyer Liqada mövsümün son oyunlarına hazırlığında iştirakını daha vacib sayıblar.
Qeyd edək ki, 2006-cı ildən “Spartak”da oynayan (124 oyun, 4 qol) Miodraq kapitan sarğısını daşıyır. Ucaboylu (1,97 metr) müdafiəçi 2008-ci ildən yığmasının şərəfini qoruyur və 10 oyuna 1 qol vurub. Cari seçmə mərhələdə hər 4 görüşdə iştirak edən Cudoviç növbəti rəsmi oyunu buraxmalı olacaq. Bu da onun İngiltərə yığması ilə səfərdə qolsuz bərabərliklə nəticələnən oyunda cari seçmə mərhələdə 2-ci sarı vərəqəsini alaraq, cəzalı duruma düşməsidir.
Mehman SÜLEYMANOV

0
0