Samir Əliyev: Onlar heç I divizion təcrübəsi də görməyiblər
11.11.2010 - 15:15
“Xəzər Lənkəran”la oyun haqda nə deyim? Bu komandanın formasını geyinməyim keçmişdə qaldı. Çıxıb oynayacağıq. Derbi oyun deyil ki, nə isə fikir bildirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun hücumçusu Samir Əliyev deyib.
Yayda “Neftçi”dən ayrıldıqdan sonra Zaqatala təmsilçisinə keçən hücumçu gənclərlə çiyin-çiyinə mübarizə aparır. Əsasən də oyunçuların təcrübəsizliyindən narazı qalan forvard “İnter”lə matçdan əvvəl baş verənlərin işlərini daha da çətinləşdirdiyini deyib: “Əlbəttə, işimizi çətinləşdirib. Amma neyləmək olar”.
Daim iddialı komandalarda oynayan Əliyevin indi autsayder komandada top qovur. Elə futbolçunun özü də bu cür komandada oynamağın çətin olduğunu vurğulayıb: “Mənim yerimdə kim olsa, çətinlik çəkər. Digər yandan heyətin 90 faizini gənclər təşkil edir. Onlar heç I divizion təcrübəsi də görməyiblər”.

0
0