Noyer birinci, Şafer sonuncudur
11.11.2010 - 15:34
Noyer birinci, Şafer sonuncudur
Almaniya çempionatının arxada qalan hissəsinin ən yaxşı qapıçılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bundesliqanın ilk 11 turunun ən yaxşısı Manuel Noyer olub.

O, ən yaxın izləyiciləri Roman Veydenfeller və Kristian Vetklonu arxada qoyub. Noyerin mövsümün startındakı oyununu dəyərləndirən Almaniya mətbuatı ona yalnız bir irad bildirib. Bu da Almaniya yığmasının Azərbaycan millisi ilə oyunu ilə bağlıdır. Vaqif Cavadovun künc zərbəsindən sonra elə onun hesabına yazılan qol zamanı Manuel topu elə qaytarmışdı ki, Rail Məlikova toxunaraq qapıdan keçmişdi. Ölkə çempionatında isə sabit çıxışı ilə seçilən “Şalke”nin qapıçısı həmkarlarını qabaqlayıb.

İlk “beşlik”lə yanaşı, açıqlanan namizədlərin “beşliy”ində Şafer soyadı da var. Lakin bu, “Bakı”nın baş məşqçisi Vinfred Şafer deyil, onun “Nürnberq”dəki həmsoyadı Rafaeldir. O, namizədlər siyahısında sonuncu pillədə qərarlaşıb.