6 illik həsrət və ya qara ləkə
11.11.2010 - 16:20
Unibank Premyer Liqasının XIII turu azarkeşlərə Qərb derbisinin həyəcanını yaşadacaq. Apasport.az saytının hesablamalarına görə, nəinki Qərb bölgəsinin, ümumiyyətlə, ən köklü klublarımızdan olan “Turan”la “Gəncə” sabah milli çempionatda 31-ci dəfə görüşəcək.
Tovuz təmsilçisi “Neftçi” və “Qarabağ” kimi çempionatın daim iştirakçısı olduğu halda, rəqibi 2006-cı ildə güclülər dəstəsini tərk etdi. 4 illik fasilədən sonra elitaya dönən “Gəncə” bu adı daşıyandan sonra “Turan”la oyunlarda uğursuzluq sindromuna düşüb. Belə ki, komanda indiki adı ilə tovuzlularla keçirdiyi 4 oyunda qələbə qazana bilməyib.
“Gəncə”nin sələfi olan “Kəpəz”lə “Turan”ın oyunları maraqlı, gərgin mübarizə şəraitində keçib. Bu komandalar ötən əsrin sonlarında çempionluq, mükafatlar uğrunda mübarizə aparırdılarsa, ardından vəziyyət köklü surətdə dəyişdi. Belə ki, bu klublar sonradan maddi sıxıntılar keçirərək, güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparmalı oldular.
Arxada qalan 30 oyunun balansında “Turan” üstündür – 12 qələbə. Gəncəlilər qələbələrini yalnız “Kəpəz” adı ilə qazanıb və bu, 9 dəfə olub. Qalan 9 oyun isə bərabərliklə nəticələnib. Gəncəlilərin “Turan” üzərində sonuncu qələbəsindən artıq 6 il vaxt ötür. Bununla belə, Nizami yurdunun təmsilçilərinin öyünə biləcəyi məqam var. Çünki “Turan” tarixində ən böyük hesablı məğlubiyyəti məhz gəncəlilərdən alıb – 0:9.
Maraqlıdır ki, “Kəpəz”in tarixində ən böyük hesablı qələbəsi də məhz Qərb derbisində reallaşıb. Bu, hazırda I divizionda oynayan “Şəmkir”lə 1996/97 mövsümündə Gəncədəki oyundakı 14:2 hesablı qələbədir.
“Kəpəz” (sonradan “Gəncə”) ilə “Turan” arasındakı oyunlar
1992 mövsümü
“Turan” – “Kəpəz” – 1:0
“Kəpəz” – “Turan” – 2:1
1993 mövsümü
“Kəpəz” – “Turan” – 2:2
“Turan” – “Kəpəz” – 0:0
3-cü yer uğrunda
“Turan” – “Kəpəz” – 3:0 (texniki qələbə)
1993/94 mövsümü
“Turan” – “Kəpəz” – 3:1
“Kəpəz” – “Turan” – 1:3
1994/95 mövsümü
“Kəpəz” – “Turan” – 2:1
“Turan” – “Kəpəz” – 1:0
1995/96 mövsümü
“Kəpəz” – “Turan” – 3:3
“Turan” – “Kəpəz” – 0:2
Final mərhələsi
“Kəpəz” – “Turan” – 0:1
“Turan” – “Kəpəz” – 2:1
1996/97 mövsümü
“Turan” – “Kəpəz” – 0:0
“Kəpəz” – “Turan” – 1:0
1997/98 mövsümü
“Kəpəz” – “Turan” – 3:0
“Turan” – “Kəpəz” – 0:2
1998/99 mövsümü
“Turan” – “Kəpəz” – 1:1
“Kəpəz” – “Turan” – 1:1
1999/00 mövsümü
“Kəpəz” – “Turan” – 9:0
“Turan” – “Kəpəz” – 0:0
2000/01 mövsümü
“Kəpəz” – “Turan” – 2:1
“Turan” – “Kəpəz” – 3:0
2003/04 mövsümü
“Turan” – “Kəpəz” – 3:0 (texniki qələbə)
“Kəpəz” – “Turan” – 3:0
2004/05 mövsümü
“Kəpəz” – “Turan” – 0:3
“Turan” – “Gəncə” – 2:0
2005/06 mövsümü
“Gəncə” – “Turan” – 0:0
“Turan” – “Gəncə” – 2:1
2010/11 mövsümü
“Gəncə” – “Turan” – 1:1
Mehman SÜLEYMANOV

0
0