Arif Əsədov: Özünüzü qoruyun
12.11.2010 - 16:20
Arif Əsədov: Özünüzü qoruyun
“Bu mövsüm heyətimizə yüksək səviyyəli legionerləri cəlb etmişik. Bütün bunlar komandamızın apardığı siyasətin düzgün olduğunu göstərir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.

O, komandanın braziliyalı futbolçusu Flavinyonun oktyabr ayının futbolçusu seçilməsinə münasibət bildirib. Gənc mütəxəssis son üç ayda iki dəfə ən yaxşı futbolçuların "Neftçi"ni təmsil etməsindən şərəf duyduğunu açıqlayıb: “Bu isə bir daha sübut edir ki, komandamız düzgün yoldadır. Futbolçularımızı təbrik edirəm. Onlara tövsiyəm budur ki, özlərini zədədən qorusunlar".

Qeyd edək ki, avqustun ən yaxşısı “Neftçi”nin digər oyunçusu Bahodir Nasimov olmuşdu.