Flavinyonun ən yaxşı seçilməsinin sirri
13.11.2010 - 00:01
Flavinyonun ən yaxşı seçilməsinin sirri
“Neftçi” klubunun braziliyalı legioneri Flavio Aleks Valensio karyerasında ilk dəfə Azərbaycanda ayın futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, jurnalistlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, 27 yaşlı yarımmüdafiəçi hamıdan öndə olub.

Flavinyo kimi tanınan cənubi amerikalıya səs verənlər arasında apasport.az saytı da var. Cari mövsüm III dəfədir keçirilən sorğuda daim qalibi düzgün müəyyənləşdirən saytımız bu göstəricidə də öndə qərarlaşıb. Avqustda Bahodir Nasimova, sentyabrda Samir Zərgərova, bu dəfə də Flavinyoya üstünlük verən və seçimində yanılmayan nadir mətbu orqanlarından biri olan apasport.az-ın seçimini sirri isə təhlilin düzgün aparılmasıdır.

Məhz belə təhlil də Flavinyonun ən yaxşı olmasını üzə çıxarmışdı. Oktyabrın nəticələrinə nəzər salsaq, yalnız 2 komanda ay boyu məğlubedilməz olmuşdu. Bu da kiçik əhəmiyyətə malik deyil. Lakin “Simurq” və “Muğan” kimi iddiasızları məğlub edib, “Gəncə”dən 1 xal alan, güclülərdən yalnız AZAL-la qarşılaşıb 1 xala sevinən “Qəbələ” ilə müqayisədə “Neftçi”nin nəticələri daha sanballı idi.

Yalnız Tovuz səfərində gözlənilmədən xal itirən bakılılar AZAL və “Bakı” kimi iddialıları məğlub edib, “Neftçi” ilə oyuna qədər xoş təsir bağışlayan “Gəncə”ni darmadağın etdilər.

tur

Oktyabrın tarixi

Rəqib

meydan

Hesab

8

1

AZAL

e

1:0

9

17

Turan

S

2:2

110

23

Gəncə

E

6:2

11

31

Bakı

S

2:0



Bu isə o deməkdir ki, ən yaxşı futbolçu oktyabrda hamıdan çox – 10 xal toplayan “Neftçi”nin heyətindən seçilməli idi. İki qarşılaşmanı iki qol buraxmaqla bitirən flaqmanın qapıçısı və arxa xətti isə ən yaxşı ola bilməzdi. Əvəzində 4 oyuna 11 top vuran ön xəttə baxmaq lazım idi. Burada artıq bir dəfə ən yaxşı seçilən Nasimov və Flavinyo hərəyə 3 qol vurmaqla diqqət çəkirdi. Ayın son 3 turu qolsuz tərk etməyən cütlük arasında seçim etmək də çətin deyildi. Axı hücumçu olan özbəkistanlı ilə müqayisədə yarımmüdafiəçinin bu qədər fərqlənməsi daha çox diqqət çəkir. Bütün qarşılaşmalarda start heyətində meydana çıxan braziliyalı yalnız 1 dəfə əvəzolunmadan 90 dəqiqə oynayıb. “Turan”la matçda hesabı açan, “Gəncə” ilə oyunda ikinci qolu vurmaqla (2:0) qonaqların müqavimətini qıran Flavinyo “Bakı” ilə görüşdə də tilsimi sındırmağı bacarmışdı. O, həmin görüşdə də hesabı açmışdı.

tur

Dəqiqə

qol

Vərəqə

8

89 

 

 

9

73

 

10

78

 1

1

11

90

 1