“Altılıq” uğrunda sona kimi mübarizə aparacağıq”
12.11.2010 - 16:57
“İki fərqli hissə keçirdik. Fasilədən sonra rəqib daha yaxşı oynadı və qələbə qazandı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Gəncə” klubunun baş məşqçisi Fuad İsmayılov deyib.
Unibank Premyer Liqasının XIII turunda “Turan”la bu gün səfərdə keçirilən oyunda uduzan (1:2) gəncəlilər ilk “altılığ”a düşməkdən əlini üzmək üzrədir. Artıq ən yaxın izləyicilərinə çatmaq şansını əldən qaçıran komandanın enişi davam etməkdədir. Belə ki, sonuncu dəfə “Xəzər Lənkəran”la oyunda qələbə qazanan “Gəncə” son 4 görüşdə 3 xal üzünə həsrət qalıb. İsmayılov məğlubiyyətin səbəbini belə izah edib: “Zəif oynadıq, nəticədə məğlub olduq. Qarşıda oyunlarımız çoxdur. Məqsədimizə nail olmaq üçün sona qədər mübarizə aparacağıq”.

0
0