Dünya futbolunda nadir hallarda rast gəlinən hadisə “Şəfa”da!
13.11.2010 - 00:03
MOİK Unibank Premyer Liqasının cari mövsümündə antirekord müəyyənləşdirib. Apasport.az saytının hesablamalarına görə, “hərbçilər” 3 futbolçusu qırmızı vərəqə alaraq, meydandan qovulan ilk komanda olub. Özü də maraqlıdır ki, onlardan ikisi qapıçıdır və buna dünya futbolunda da nadir hallarda rast gəlinir.
MOİK-in kapitanı Fərid Həşimzadə V tur çərçivəsində sentyabrın 12-də Bakıda “Xəzər Lənkəran”a böyük hesabla uduzduqları (0:3) oyunun 72-ci dəqiqəsində birbaşa qırmızı vərəqə aldı. “Hərbçilər”in oktyabrın 24-də X turda “Simurq”la “Şəfa” stadionunda uduzduğu (0:2) görüşün 89-cu dəqiqəsində qapıçı Davud Kərimi son ümid foluna görə meydandan çıxarıldı. Əvəzləmə limiti olduğu üçün qapıya sahə oyunçusu Samir Babayev keçdi və o, rəqib hücumçu Baça Sxadadzenin penalti zərbəsini dəf edə bilmədi.
MOİK-in əsas qapıçısı olan gürcü Amiran Qventsadze də “Şəfa”da “qırmızı”ya layiq görüldü. Bu, AZAL-la dünənki oyunun 64-cü dəqiqəsində baş verdi. Göründüyü kimi, MOİK-in hər üç futbolçusuna birbaşa qırmızı göstərilib. Autsayder 75 gündən sonra xal qazanması ilə təsəlli tapdı. Sonuncu xal avqustun 29-da VI turda “Qəbələ” ilə səfər oyununda qazanılmışdı – 0:0.
Qeyd edək ki, indiyədək yalnız “Qəbələ”nin 1-dən artıq futbolçusu qırmızı vərəqə almışdı. Özü də serbiyalı müdafiəçilər Lyubo Baraninlə Milan Antiç bir oyunda – avqustun 22-də III turda “Bakı”ya səfərdə 1:2 hesabı ilə uduzduqları görüşdə meydandan qovulub.

0
0