Vadim Vasilyevə UEFA-nın məşqçi lisenziyası təqdim olundu
12.11.2010 - 17:20
Bu gün AFFA-nın Futbol akademiyasında UEFA-nın C və B kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş məşqçilərə müvafiq lisenziyalar təqdim olunub. Apasport.az saytının məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək assosiasiya rəhbərliyi adından məşqçiləri təbrik edib. Məmmədov gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Qeyd edək ki, kateqoriya alanlar arasında yığmamızın sabiq baş məşqçisi, hazırda “Şuşa” klubunu çalışdıran Nadir Qasımov, keçmiş hücumçular Vadim Vasilyevlə Sənan Qurbanovu, bacı-qardaş – İradə Quliyevə ilə Ruslan Quliyevin adlarını çəkmək olar.
Mənbə: affa.az

0
0