“Azərbaycanda futbolçu varsa, İspaniyaya gətirin, gözüm üstə yeri var”
12.11.2010 - 18:09
İspaniyada Valensiya regional liqasının IX qrupunda çıxış edən “Clube Futbol Baku de Valencia” klubunun azərbaycanlı prezidenti Gülnarə Xanbabayevanın apasport.az saytına müsahibəsi
- Öncə komandanın yaranması haqda danışardınız…
- Klubun yaranmasını anam istədi. Ona görə də bu işlərlə məşğulam. Biz 16 komandanın mübarizə apardığı IX qrupda yer almışıq. Sizə şad xəbər deyə bilərəm ki, indi 4-cü pillədə qərarlaşmışıq. Siz Roman Abramoviçin sahibi olduğu Londonun “Çelsi” klubu haqda eşitmisiniz?
- Əlbəttə ki...
- Bax, həmin komandanın köməkçi məşqçisi bizə yardım edir. Görür ki, komandamızın gələcəyi var. Heyətimizdə 14 millətin nümayəndəsi mövcuddur. İspaniyada bu faktı çox yüksək qiymətləndirirlər. Amma son oyunlarda böyük həyəcan keçirirəm. Çünki Regional Futbol Federasiyasından da oyunlarımıza baxmağa gəlirlər. Görürlər ki, turnir cədvəlində ön pillələrdəyik. Haqqımızda yaxşı xəbərlər çıxır. Küçədə mənə sual edirlər ki, xanım, siz Bakının adını daşıyan klubun rəhbərisiniz? Mən də təsdiqləyirəm. Artıq mətbuatda, qəzetlərdə bizdən yazırlar. Mən də bir azərbaycanlı kimi, komanda üçün bütün bacarığımı əsirgəmirəm. Hətta heyətimizdə yer alan futbolçulara bir ana kimi hörmət bəsləyir, bütün problemlərini həll edirəm. Elə onlar da mənim hörmətimi saxlayırlar. Komanda demək olar mənim ikinci ailəmdir. Ümid edirəm ki, bu mövsüm daha yüksək liqaya çıxacağıq. Bizdə elə futbolçular var ki, hər oyuna 3-4 qol vururlar. Onların əlimdən çıxmasından qorxuram. Ona görə də istəmirəm ki, gəlib, futbolçularımın oyunlarına baxsınlar.
- Bildiyimizə görə, siz İspaniyada Azərbaycan Diasporunun rəhbərisiniz…
- Doğrudur. Ancaq bunun futbola dəxli yoxdur. Mən komandanı anamın xahişi ilə yaratmışam.
- Ananızın futbola belə böyük həvəsi var?
- Xeyr-xeyr. Sadəcə, səfirlikdən mənə dedilər ki, Valensiyada cəmiyyət yaradın. Bunu anam da bilirdi. Çünki mən Rusiyada yaşayanda bütün həmyerlilərimə kömək etmişəm. Onların bütün sənədləşmə işlərinə öz köməkliyimi göstərmişəm. Bunu bir vətənpərvər insan kimi, hansısa maraq güdmədən etmişəm. Gördüyüm işlərdə heç bir təmənna güdməmişəm. Anam da bilirdi ki, mən belə bir insanam. Səfirlikdən tapşırıq gələndən sonra anam həmişə zəng edib, soruşurdu ki, Gülnarə, o işi həll etdin? Həmişə bununla maraqlanırdı, azərbaycanlıları bir yerə yığdığımı soruşurdu. Tövsiyə edirdi ki, Azərbaycan mədəniyyətini İspaniyaya tanıdım. Qoy görsünlər ki, Azərbaycan xalqı necə xalqdır. Klubu anama görə yaratdım. Əslində, heç bilmirdim ki, bu, nə olan şeydir.
- Hər bir futbol klubunun büdcəsi olmalıdır. Siz maddi yükün öhdəsindən necə gəlirsiniz?
- Sözün düzü, mənə heç kəs kömək etmir. Gördüyüm işlərlə bağlı Fransa və Əlcəzair telekanallarından gəlmişdilər. Məni Əlcəzairə dəvət etdilər. İspaniya yığmasının yayda dünya çempionatında qazandığı kuboku burada bütün federasiyalara aparmışdılar. Məni də ora dəvət etmişdilər, kubokun yanında xatirə şəkli çəkdirdim.
- Sizin İspaniyada şəxsi biznesiniz var?
- Bəli. Qazandıqlarımı öz işimə, evimə verə bilərəm. Ancaq mən bunu futbol klubu üçün də xərcləyirəm. Onu deyim ki, İspaniyada futbol klublarından birinin prezidenti qadındır və maddi cəhətdən çox zəngindir. Mən isə burada futbol klubu olan ilk xarici ölkə vətəndaşıyam. Bir Allah bilir ki, mənim nə qədər pulum gedib. Ailəm məndən üz döndərib (gülür). Deyirlər ki, sən bu qədər pulu niyə xərcləyirsən. Futbol klubu saxlamaq çox çətindir. Bunun avtobusu, meydançası var. Bir həftə evdə, digərində səfərdə oynayırıq. Stadion almaq çətindir. Elə klublar var ki, onların heç stadionu yoxdur. Amma bizim var. Komanda üçün ayrıca avtobus ayırmışam.
- İndiyədək kluba nə qədər pul xərcləmisiniz?
- Bu il dəqiq bilmirəm. Ancaq keçən il 22 min avro xərcləmişəm. Mən Azərbaycana yaxşı futbolçular verə bilərəm. Bu yaxınlarda Bakıya gələcəm. Çünki Azərbaycan haqda sənədli fil çəkirəm.
- Komandanızda müxtəlif millətlər olsa da, azərbaycanlı yoxdur. Bu, gələcəkdə mümkün olacaq?
- Ona görə yoxdur ki, burada hamısı peşəkardır. Azərbaycanlılar olsalar da, oynaya bilmirlər. Bir də ki, bu, məndən asılı deyil. Komandaya futbolçunu baş məşqçi götürür. Bizdə 17-27 yaş arası futbolçular var. Əgər Azərbaycanda futbolçu varsa, İspaniyaya gətirin, gözüm üstdə yeri var. Bu, daha da yaxşı olar. Amma hələlik yoxdur. Mənə Azərbaycandan kömək etsələr, işlərim daha da yaxşı olar.
Mehman SÜLEYMANOV

0
0