Cavid Hüseynov: 3 xal bizim üçün çox vacibdir
12.11.2010 - 17:37
Cavid Hüseynov: 3 xal bizim üçün çox vacibdir
"Muğan"la sabahkı oyuna da digər komandalara qarşı olduğu kimi hazırlaşırıq. Ötən tur "İnter"lə görüşdə xal itirmişik. Özünüz də bilirsiniz ki, "Xəzər Lənkəran"la 3 xal fərqimiz var. Buna görə də Salyanda 3 xal qazanmaq bizim üçün çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Cavid Hüseynov klubunun rəsmi saytına açıqlamasında deyib.
Unibank Premyer Liqasının XIII turunda Salyanda “Muğan” klubunun qonağı olacaq flaqman liderliyini qorumaq iddiasındadır. Ancaq “Muğan”ın evdə inamlı təsir bağışladığını nəzərə alsaq, Hüseynov da qələbənin qazanmağın asan olmayacağı ilə razılaşır: “Düzdür, "Muğan" ev qarşılaşmalarını yaxşı oynayır və güclü komandalardan da xal almağı bacarır. Bununla belə, nəyin bahasına olursa-olsun, qələbə qazanmaqla turnir cədvəlinin zirvəsindəki yerimizi möhkəmlətmək istəyirik. Bu futboldur, istənilən nəticəni normal qarşılamaq lazımdır. “İnter”lə oyunda heç-heçə bizim üçün pis nəticə deyil. Həmin oyunda məğlub da ola bilərdik, ancaq yaxşı ki, heç olmasa bir xal qazana bildik".