Emil Mpenza yenə Belçika yığmasına çağırılmadı
12.11.2010 - 18:27
Emil Mpenza yenə Belçika yığmasına çağırılmadı
Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsində növbəti rəsmi oyununu keçirəcəyi Belçika yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqib komandanın baş məşqçisi Jorj Leeskens noyabrın 17-də Voronej şəhərindəki Həmkarlar İttifaqının mərkəzi stadionunda Rusiya ilə keçirəcəyi yoldaşlıq görüşünə 23 futbolçu çağırıb. Vaxtilə Belçika yığmasının liderlərindən olan, cari mövsümdən “Neftçi”də oynayan Emil Mpenza yenə dəvət almayıb.

Qeyd edək ki, yığmamız Belçika ilə ilk olaraq gələn ilin martın 29-da səfərdə görüşəcək.

Qapıçılar: Silvio Proto, Jan Fransis Gillet, Simon Miqnolet
Müdafiəçilər: Tobi Aldervereld, Vinsent Kompani, Nikolas Lombarts, Sebastyan Pocoqnoli, Laurent Siman, Daniel van Buyten, Vadis Odyidya-Ofoe
Yarımmüdafiəçilər: Stiven Defo, Aleks Vitsel, Maruan Fellaini, Conatan Leqe, Timmi Simons, Yan Vertonqen
Hücumçular: Eden Hazard, Romelu Lukaku, Kevin Mirallas, Marvin Oqunyimi, Yelle Vossen, Mussa Dembele, Byorn Vlemincki