Azərbaycan Fransa, Hollandiya və İngiltərə ilə oynaya bilər
12.11.2010 - 18:40
Azərbaycan Fransa, Hollandiya və İngiltərə ilə oynaya bilər
Sabah Türkiyədə konsulluqlar arasında futbol turnirinə start veriləcək. Apasport.az saytının məlumatına görə, 9 ölkənin - Yaponiya, ABŞ, Fransa, Hollandiya, Rumıniya, İngiltərə, Rusiya, İtaliya (2 komanda ilə) və Türkiyə (2 komanda ilə) ilə yanaşı, Azərbaycan diplomatları da qüvvəsini sınayacaq.

Komandalar 2 qrupa bölünəcək və keçiriləcək oyunlardan sonra ilk 2 pillədə qərarlaşacaq klub yarımfinala vəsiqə qazanacaq. Yarışa 2011-ci il mayın 1-də yekun vurulacaq.