Aqil Nəbiyev: AZAL-ın bu qədər bərbad oyununu görməmişdim
12.11.2010 - 18:15
“Zəif komandalara qarşı oynaya bilmirik. Ümumiyyətlə, autsayderləri çətinliklə məğlub edirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun kapitanı Aqil Nəbiyev deyib.
XIII turun açılış günündə MOİK-lə görüşən AZAL-ın inamlı qələbə qazanacağı gözlənilsə də, sürpriz nəticə qeydə alınıb. Belə ki, ilk hissəni məğlub başa vuran autsayder fasilədən dərhal sonra hesabı bərabərləşdirib – 1:1. Təbii ki, bu nəticə çempionluq uğrunda mübarizə aparan “təyyarəçilər”ə zərbə oldu. Elə Nəbiyev də belə düşünür: “Çox pis oldu. Komanda oynaya bilmədi. Birinci hissədə yaxşı təsir bağışlasaq da, fasilədən sonra oyunumuz alınmadı. Rəqib hesabı bərabərləşdirdikdən sonra 43-45 dəqiqə qol vurmaq üçün vaxtımız oldu. Ancaq oynaya bilmədik. AZAL-ın bu qədər bərbad oyununu görməmişdim”.
Qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan AZAL-ın sonuncu pillədə qərarlaşan komandanı udmağa borclu olduğunu düşünən kapitan uğursuz nəticəyə görə bütün futbolçuların məsuliyyət daşıdığını qeyd edib: “Əlbəttə, bunda hamımızın günahı var. Futbol kollektiv oyundur. Kimsə deyə bilməz ki, mən yaxşı oynadım, o biriləri pis. AZAL çempionluq uğrunda mübarizə aparırsa, sonuncu pillədə gedən komandanı məğlub etməyə borcludur. Bu gün heç cür oynaya bilmədik”.

0
0