“Bu gün futbolçularımız eşitdilər, ancaq dərk etmədilər”
12.11.2010 - 19:10
“Bu gün futbolçularımız eşitdilər, ancaq dərk etmədilər”
"Futbolda belə hallar olur. Eşitmək ayrıdır, dərk etmək ayrıdır. Yəqin ki, bu gün bizim futbolçularımız eşitdilər, ancaq dərk etmədilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

Unibank Premyer Liqasının XIII turunda autsayder MOİK-lə oyunda vacib 2 xal itirən (1:1) “təyyarəçilər” 2-ci pilləyə yüksəlsə də, bu, onlar üçün zəif təsəllidir. Süleymanov günahı özlərinə görür: “Bu oyunda oyunçularım zəif çıxış etdi, bunun da nəticəsində xal itirdik. MOİK isə öz əzmkarlığı hesabına 1 xal qazandı. Bu, futboldur, futbolda hər şey olur və bu hadisələrin baş verməməyi üçün günahı özümüzdə axtarmalıyıq”.