“Rednikin mənə səs verməsi, şərəfdir” - MÜSAHİBƏ
13.11.2010 - 00:29
“Neftçi” klubunun braziliyalı legioneri, Unibank Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu seçilən Flavio Aleks Valensionun apasport.az saytına müsahibəsi
- Oktyabrın ən yaxşı futbolçusu seçiləcəyinizi gözləyirdiniz?
- Öncə mənə səs verənlərə təşəkkürümü bildirirəm. Azərbaycanda oynamaq mənim üçün şərəfdir. Burda özümü xoşbəxt hiss edirəm. Ölkənizdə yaxşı futbolçular var. Mükafata görə, Unibanka da təşəkkür edirəm. Ən yaxşı seçilməyə gəlincə, bu, mənim üçün sürpriz oldu.
- Bəs siz kimi “ayın futbolçusu” seçərdiniz?
- Emil Mpenzanı. Bir də “Bakı”nın heyətində yer alan 9 nömrəli futbolçunu (Vaqif Cavadovu nəzərdə tutur).
- “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik də sizə səs verib. Prinsipial rəqibin baş məşqçisindən səs almağı necə qarşıladınız?
- Futbolda hər şey, o cümlədən mübahisə də olur. Rəqib komandanın baş məşqçisinin mənə səs verməsi, şərəfdir. Üzərimdə çox işləməliyəm.
- Azərbaycan yığmasında oynamaq təklif olunsa, qəbul edərsiniz?
- Azərbaycanda olduğum elə də çox vaxt deyil. Adaptasiya olmaq üçün müəyyən vaxt lazım oldu. Hazırda başım komandamın oyunlarına qarışıb. Bu haqda, gələcəkdə düşünə bilərəm.
- Neçə dəfə ayın oyunçusu seçilmək istərdiniz?
- Məndən olsa, hər ay.
- Unibank tərəfindən sizə verilən pulu nəyə xərcləyəcəksiniz?
- “Neftçi”dəki dostlarım üçün xərcləyəcəm.
- Qarşıdan “Muğan”la oyun gəlir. Bu matçdan nə gözləyirsiniz?
- “Muğan” yaxşı komandadır. Çətin oyun olacaq. Bu qarşılaşmada qələbə bizim üçün çox vacibdir. “Muğan”la çətin oyunlarımız olub.
- Birinci olmaq çətindir, amma zirvədəki yerini qorumaq ondan da çətindir. Necə düşünürsünüz, “Neftçi” zirvədəki yerini qorumaq üçün nə etməlidir?
- Biz maksimum işləməli, arxayınlaşmamalıyıq.

0
0