“Qalatasaray” Braziliya yığmasının daha bir futbolçusunu alır
13.11.2010 - 10:11
“Qalatasaray” Braziliya yığmasının daha bir futbolçusunu alır
“Qalatasaray” Braziliya yığmasının daha bir futbolçusunu transfer etməyə hazırlaşır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, “Cim Bom” qapıçı Aleksander Doninin ardınca hücumçu Qrafiteni heyətinə qatmaq fikrindədir.

İstanbullular Almaniyanın “Volfsburq” klubunda çempion olan təcrübəli hücumçuya görə 5 milyon avro ödəməyə hazırdırlar. Əvvəllər deyilirdi ki, Qrafite karyerasını vətəndə davam etdirə bilər. 31 yaşlı futbolçunun xidmətində “İnternasional” da maraqlıdır.

Qeyd edək ki, Qrafite çempion olduqları mövsümdə (2008/09) bundesliqanın bombardiri olub.