Mirko Vuçiniçə Azərbaycan yığması ilə oyun öncəsi xoş xəbər
13.11.2010 - 10:26
Çernoqoriya yığmasının kapitanı Mirko Vuçiniç Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü öncəsi xoş xəbər alıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Roma” klubunun hücumçusu İngiltərənin Premyer Liqa təmsilçilərindən çoxsaylı təkliflər alıb. Vuçiniçə əsas maraq göstərən Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı olan Londonun “Tottenhem” klubudur. Mirkoya “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti” da iddialıdır. İtaliya A seriyasının və Çempionlar Liqasının son qalibi olan “İnter” də hücumçunu almaq istəyir. Vuçiniç isə bildirib ki, İngiltərə Premyer Liqasına yollanmağa hazırdır.
0
0