Ölkə çempionatının 13 klubu istintaqa cəlb olunur
13.11.2010 - 10:37
Yunanıstan polisi 13 futbol klubu ilə bağlı istintaqa başlayacaq. Apasport.az saytının məlumatına görə, UEFA-nın danışılmış oyunlarda şübhələndiyi komandalarla bağlı məsələ araşdırılacaq. Qurumun əldə etdiyi məlumatlar yunanları o dərəcədə inandırıb ki, məsələ artıq prokurorluq orqanlarına verilib.
İstintaqa cəlb olunacaq klublardan 4-ü Superliqa, 8-i 2-ci, 1-i isə 3-cü divizionu təmsil edir. Bu komandaların adları açıqlanmasa da 2010-cu ildə baş tutan 15 qarşılaşmanın araşdırılacağı məlumdur.
Qeyd edək ki, Yunanıstan futbolunda danışılmış oyunların 2004-cü ildən keçirilməyə başladığı iddia olunur.

0
0