Ruslardan maraqlı fikir: Bakı MOİK-inin bəxti daha çox gətirib
13.11.2010 - 10:49
Ruslardan maraqlı fikir: Bakı MOİK-inin bəxti daha çox gətirib
Unibank Premyer Liqasının autsayderi MOİK-in uğursuz çıxışı rusiyalıların da diqqətini cəlb edib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız Avropada ordu komandalarının vəziyyətini araşdırıblar.

Rusiyalılar vaxtilə OİK, sonradan isə peşəkar status alaraq MOİK adlanan klubun köklərini qorumasını qeyd ediblər: “Azərbaycanda MOİK-in bəxti daha çox gətirib. Klub 1961-ci ildə yaradılıb, ancaq futbol səhnəsində əməlli-başlı yalnız son illərdə peyda olub. Ancaq bu zaman hərbi köklərini qorumağı bacarıb. Komandanın prezidenti Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevdir. Ordu klubu ötən mövsümün yekununa əsasən Azərbaycanın Premyer Liqasına çıxdı, ancaq cari çempionatda işləri heç də yaxşı getmir. MOİK turnir cədvəlini qapayır. Komandanın keçirdiyi oyunlarda yalnız bir qələbəsi var”.