Cahangir Həsənzadə - 455
13.11.2010 - 11:39
Bakının AZAL klubunun qapıçısı Cahangir Həsənzadənin quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının son 4 görüşündə qapısının toxunulmaz saxlayan 31 yaşlı qolkiper MOİK-lə XIII turun oyununda qol buraxıb. Nuran Qurbanovun 47-ci dəqiqədə penaltidən vurduğu top Həsənzadəni “455”də saxlayıb. Cahangir sonuncu dəfə III turun “Gəncə” ilə səfər matçında (1:1) qol buraxmışdı. Həmin matçda onu sabiq komanda yoldaşı Junivan Suares məyus etmişdi.
Mövsümün “quru seriya”ları
1. Kamran Ağayev (“Xəzər Lənkəran”)– 720
2. Paulius Qribauskas (“Neftçi”) – 549
3. Pavel Doroşev (“Qəbələ”) – 457 (davam edir)
4. Cahangir Həsənzadə (AZAL) – 455
Mövsümün “quru seriya”ları
1. Kamran Ağayev (“Xəzər Lənkəran”)– 720
2. Paulius Qribauskas (“Neftçi”) – 549
3. Pavel Doroşev (“Qəbələ”) – 457 (davam edir)
4. Cahangir Həsənzadə (AZAL) – 455
0
0