“Qəbələ” “Bakı”nı “altılığ”a buraxmadı
13.11.2010 - 19:53
Bu gün Unibank Premyer Liqasının XIII turuna yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, günün ilk qarşılaşması Salyanda baş tutub.
“Muğan”la görüşdə böyük hesablı qələbə qazanan “Neftçi” liderliyini qorumağı bacarıb. Baş hakim Anar Salmanovun kobud səhvi ilə yadda qalan matç qalmaqal və baş məşqçi istefası ilə əlamətdar olub. Çempionatın bombardiri Bahodir Nasimov penaltini qaçırdığı görüşdə dubl edib.
“Neftçi”nin ən yaxın izləyicisi “Xəzər Lənkəran” liderlə xal fərqinin böyüməsinə imkan verməyib. Cənublular “Simurq”la matçda sensasiyaya imkan verməyərək, 1:0 hesabı ilə qalib gəlib. “Qarabağ” isə növbəti xal itkisi ilə üzləşib. Qurban Qurbanovun yetirmələri “Bakı” ilə oyundan xalsız ayrılıblar. Turnir cədvəlindəki mövqeyini yaxşılaşdıran bakılılar bu görüşdə 2 cavabsız qola seviniblər.
Qeyd edək ki, turun son oyununda “İnter” və “Qəbələ” üz-üzə gəlib. İlk dövrədə qalib gələn paytaxt təmsilçisi bu meydanı bir xalla tərk edib.
13 noyabr
"Muğan" - "Neftçi" - 0:3
QOLLAR: Bahodir Nasimov, 29; 80; Rəşad Abdullayev, 90+2
Bahodir Nasimov 17-ci dəqiqədə penaltidən yararlana bilməyib.
Anar Salmanov yenə Salyandakı oyunda “fərqləndi”. “Muğan” – “Xəzər Lənkəran” görüşündə buraxdığı səhvlərə görə cəzalandırılan FİFA hakimi yenə qalmaqala səbəbkar oldu. 75-ci dəqiqədə meydan sahiblərinin hücumu zamanı top “Neftçi”nin braziliyalı sol cinah müdafiəçisi Alessandro Viana da Silvanın əlinə dəysə də, hakim penaltini təyin etmir. Bu zaman oyunda qısa müddətə də olsa da dayandırılır, “Muğan”ın futbolçuları Salmanova kəskin etirazlarını bildirirlər. Yan xətt hakimi Ramiz Əsədov da meydana daxil olur. Bu, oyunun həlledici anı olur və “Neftçi” az sonra daha bir qol vurur.
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, Mehman Mahmudov, Feyzulla Feyzullayev
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 0:1
"Bakı" - "Qarabağ" - 2:0
QOL: Stefan Barbikoni, 18; Leandro Roşa, 90+3
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Ceyhun Haşımov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 0:2
"Xəzər Lənkəran" - "Simurq" - 1:0
QOL: Alim Qurbanov, 73
Hakimlər: Ramil Diniyev, İlham Əliyev, Munis Abdullayev, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 2:0
"İnter" - "Qəbələ" - 0:0
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Elşən Acalov, Əfqan Həmzəyev
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 1:0
12 noyabr
"Turan" - "Gəncə" - 2:1
QOLLAR: Fərmayıl Əliyev, 63, Muammer Erdoğdu, 69 - Junivan Suares, 36
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Rza Məmmədov, Rəhim Həsənov
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:1
MOİK - AZAL - 1:1
QOLLAR: Nuran Qurbanov, 47 (p) - Pius İkedia, 25
QIRMIZI VƏRƏQƏ: Amiran Qventsadze, 62
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Aleksandr Musatkin, Alik Yunusov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:2
TURNİR CƏDVƏLİ
Bombardir: Bahodir Nasimov (Neftçi) - 14

1 | Neftçi | 13 | 9 | 3 | 1 | 29-7 | 30 |
2 | Xəzər Lənkəran | 13 | 8 | 3 | 2 | 14-6 | 27 |
3 | AZAL | 13 | 7 | 4 | 2 | 18-7 | 25 |
4 | İnter | 13 | 7 | 3 | 3 | 10-9 | 24 |
5 | Qarabağ | 13 | 6 | 3 | 4 | 15-9 | 21 |
6 | Qəbələ | 13 | 5 | 4 | 4 | 9-7 | 19 |
7 | Bakı | 13 | 5 | 3 | 5 | 17-16 | 18 |
8 | Gəncə | 13 | 3 | 6 | 4 | 19-20 | 15 |
9 | Muğan | 13 | 2 | 5 | 6 | 6-14 | 11 |
10 | Turan | 13 | 2 | 5 | 6 | 11-18 | 11 |
11 | Simurq | 13 | 1 | 3 | 9 | 9-21 | 6 |
12 | MOİK | 13 | 1 | 2 | 10 | 5-28 | 5 |

0
0