“Əskişəhərspor” yenə xal itirdi
13.11.2010 - 23:00
“Əskişəhərspor” yenə xal itirdi
Türkiyə Superliqasında X turunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Əskişəhərspor” “Antalyaspor”u qəbul edib.

Ötən tur İstanbulda “Fənərbaxça”ya 2:4 hesabı ilə uduzan Əskişəhər təmsilçisi bu dəfə 1 xalla kifayətlənib – 0:0 Həmyerlimiz zədəli olduğundan bu qarşılaşmada meydana çıxmayıb və bundan istifadə edərək Bakıya qayıdıb.