Draqan Mandiçə hərbi təbrik
13.11.2010 - 14:25
Bakının AZAL komandasının serbiyalı legioneri Draqan Mandiç klubun tarixinə düşüb. Apasport.az saytının hesablamalarına görə, 34 yaşlı yarımmüdafiəçi Unibank Premyer Liqasının XIII turunun MOİK-lə oyununda yubileyini qeyd edib.
Komandasının autsayderlə xal itirdiyi matç Mandiç üçün Azərbaycan çempionatlarında 100-cü oyun olub. 2006-cı ilin yayında ölkəmizə gələn Draqan fasiləsiz eyni klubda oynayaraq, “Olimpik”, “Olimpik-Şüvəlan”, bu mövsümdən isə AZAL-ın uğurları üçün çalışıb.
Bu komandanın heyətində 2007/08 mövsümünün gümüş mükafatını qazanan serbiyalı AZAL-ın çempionat oyunlarında “100”ü aşan ikinci futbolçusu olub. Ona qədər milliləşən nigeriyalı müdafiəçi, yığmamızın sabiq üzvü Usim Nduka buna nail olub. Afrikalının hesabında 136 oyun var.
Qeyd edək ki, Mandiç bu 100 oyun ərzində 4 qol vurub.

0
0