Revaz Dzodzuaşvili Azərbaycanı tərk etdi
13.11.2010 - 15:05
Revaz Dzodzuaşvili Azərbaycanı tərk etdi
Tovuzun “Turan” klubunun baş məşqçisi Revaz Dzodzuaşvili Azərbaycanı tərk edib. Apasport.az saytının məlumatına görə, buna gürcüstanlı mütəxəssisin anasının ölümü səbəb olub.

65 yaşlı məşqçi valideyninin dəfn mərasimində iştirak etmək üçün vətəninə yollanıb. Belə ki, bununla əlaqədar olaraq baş məşqçiyə başsağlığı verən klub rəhbərliyi Dzodzuşvilinin “Turan”-Gəncə” oyunu başa çatandan dərhal sonra vətəninə yollanmasına imkan yaradıb.