“Muğan”: Baş hakim Anar Salmanov nəticəyə təsir edən səhvə yol verdi
13.11.2010 - 17:06
“Muğan” rəhbərliyi Unibank Premyer Liqasının XIII turunda “Neftçi” ilə matçın baş hakimi Anar Salmanovdan şikayət edəcək. Bu barədə apasport.az saytına açıqlamasında Salyan təmsilçisinin vitse-prezidenti Bəhruz Şirəliyevin məlumat verib. Onun sözlərinə görə, FİFA referisinin idarəçiliyindən narazı qalıblar: “Salmanov nəticəyə təsir edən səhvə yol verib. Eyni vəziyyətdə fərqli qərarlar qəbul edir. Top “Neftçi”nin futbolçusunun əlinə dəydiyi epizod Salmanovun düz gözünün qabağında oldu. Ancaq heç bir reaksiya vermədi. Penalti yoxdursa, niyə “Neftçi”nin lehinə qərar verilirdi? Yox, varsa, niyə bizim penaltini təyin etmədi? Bütün bu suallara cavab verilməlidir. Biz Salmanovun hakimliyi ilə bağlı AFFA-ya şikayət edəcəyik”.
Vitse-prezident böyük hesabla uduzmalarını belə əsaslandırıb: “0:3 hesabı ilə məğlub olmağımız o demək deyil ki, biz zəif idik. Sadəcə, təmiz penaltimiz verilməyən zaman hesab 0:1 idi. Hakim bunu versəydi, hesabı bərabərləşdirə bilərdik və nəticə tam başqa cür ola bilərdi. Ancaq bu, olmadı və komandamız “sındı”. Hərçənd, buna qədər “Neftçi”ni qapısına doğru sıxışdırmışdıq. Rəqib ikinci hissədə hücum qura bilmirdi. Ancaq oyunun sonunda bütün komanda irəli atıldı və müdafiəmizdə boşluqlar yarandı. Qapıçımızın da səhvi oldu və hesab belə alındı”.

0
0