Vaqif Qasımov: MOİK-i udsaydıq belə, onlara mükafat verməzdim
13.11.2010 - 17:38
“Komandalar zəif rəqiblə oyuna köklənə bilmirlər. MOİK-lə görüşdə də belə oldu. Futbolçularımız fikirləşdilər ki, MOİK-dir də, 4 xalı var, çıxıb asanlıqla udacaqlar”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun prezidenti Vaqif Qasımov deyib.
Unibank Premyer Liqasının XIII turunun açılış oyununda MOİK-lə sürpriz nəticəyə (1:1) imza atan “təyyarəçilər” vacib xallar itirdilər. Qasımovun sözlərinə görə, qorxduğu başlarına gəldi: “Ürəyimə dammışdı ki, belə olacaq. Ancaq futbolda belə nəticələr qaçılmazdı. Kim deyə bilərdi ki, “Xəzər Lənkəran” “Gəncə”də 1:4 hesabı ilə uduzacaq? Yaxud “İnter” üzərində 5:0 hesablı qələbəmiz də gözlənilməz idi. MOİK-lə oyundakı xal itkisi ancaq rəqibə saymazyanalığının nəticəsidir. Bu bir yana, oyunumuzun səviyyəsi də aşağı idi”.
Maraqlıdır, rəhbərlik futbolçuları autsayderi uda bilmədiyinə görə cəzalandıracaqmı? Qasımovun fikrincə, bu düzgün deyil: “Tutaq ki, cərimələdik. Bəyəm yaxşı olacaq? Qələbəyə görə mükafat ayrılmışdı. Amma bu mükafatın əldən çıxması elə cəzadır da. Digər komandalar necə, biz də elə, rəqibə uyğun mükafat veririk. Ancaq qalib gəlsəydilər, belə oyuna görə onlara mükafat verməzdim. Bu, nə oyundur? Futbolçularımız meydanda vaxt keçirirdilər”.
Qasımov itirilən xala görə günahı yalnız baş məşqçidə görməyi də düzgün saymır: “Biz Nazim Süleymanovun işinə qarışmırıq. Heyəti bütünlüklə baş məşqçi müəyyənləşdirir. Nəticəyə görə də Süleymanov cavabdehdir. Biz ona diktə edə bilmərik. Onun işinə müdaxilə etsək, bu, futbol olmaz ki...”.

0
0