33 oyun, 33 qol, 33 xal - STATİSTİKA
14.11.2010 - 00:05
33 oyun, 33 qol, 33 xal - STATİSTİKA
“Neftçi” Salyanın “Muğan” klubuna 3 qol vurmaqla, Bosniya və herseqovinalı baş məşqçi Almir Hurtiçi istefaya göndərdi. Apasport.az saytının məlumatına görə, 40 yaşlı mütəxəssisin bu komandadakı baş məşqçilik fəaliyyəti 1 ildən az sürüb.

Ötən il dekabrın 6-da “Simurq”la qarşılaşmada debüt edən çalışdırıcı 342 gün ərzində komandanı 33 rəsmi matça çıxarıb. Maraqlıdır ki, bunların hamısı ölkə çempionatına təsadüf edib. Ötən mövsüm komanda kubokdakı mübarizəni dayandırandan sonra baş məşqçi təyin olunan Hurtiç bu mövsüm də yarışda debüt edə bilmədi. O da maraqlıdır ki, 33 oyuna baş məşqçi kimi çıxan Hurtiç komandasının 33 xalına sevinib və 33 qolun buraxılmağına üzülüb.

mövsüm

turnir

O

Q

H

M

TOP

X

2009/10

Çempionat

20

5

7

8

17-19

22

2010/11

Çempionat

13

2

5

6

6-14

11

 

Cəmi

33

7

12

14

23-33

33