“Qol epizodları yaratdılar, amma fərqlənə bilmədilər”
13.11.2010 - 18:45
“Oyun barədə çox danışmaq olar. Futbolçulardan narazı qalmadım. Standart vəziyyətlərdə ehtiyatlı olmağı tapşırmışdım, amma bəzi xırda səhvlər oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Gənc mütəxəssis Unibank Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Bakı” – “Qarabağ” qarşılaşmasından sonra yetirmələrinin oyununa münasibət bildirib: “Yaxşı oynamaq da olardı. Baş məşqçi kimi hazırlıq prosesi keçmək istəyərdim, amma yığma naminə buna dözməliyik. Futbolçularımı təbrik edirəm. Çünki onlar sona kimi vuruşdular. Qol epizodları yaratdılar, amma fərqlənə bilmədilər. Yığma hazırlıq keçirsə, heç kim yığmanın futbolçusunu buraxmaya bilməz”.
Qurbanov, həmçinin dövrələrarası fasilədə heyəti genişləndirəcəklərini də bildirib: “Büdcəmizə uyğun hərəkət edəcəyik. Çalışacağıq ki, heyətimizi bir qədər genişləndirək”.
Qeyd edək ki, “Bakı” – “Qarabağ” oyunu 2:0 hesabı ilə başa çatıb.

0
0