Vinfred Şafer: Daha çox qol vura bilərdik
13.11.2010 - 19:03
Vinfred Şafer: Daha çox qol vura bilərdik
“Bu günki oyuna görə çox şadam. Yetirmələrim sona qədər vuruşdu və Azərbaycanın ən yaxşı komandalarından birinə qalib gəldi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Vinfred Şefer deyib.

Almaniyalı çalışdırıcı “Qarabağ”la oyundan sonra yetirmələrindən razı qaldığını bildirib: “Qapımızı toxunulmaz saxlamağı bacardıq. Bu cür meydançada oynamaq heç də asan deyildi. Əks-hücumlarımız oldu. Uşaqlar qol epizodları yaratdılar. Daha çox fərqlənə bilərdilər. Lakin bir neçəsindən istifadə edə bilmədilər”.

Qeyd edək ki, “Bakı” bu gün keçirilən qarşılaşmada “Qarabağ”ın qapısından 2 cavabsız top keçirib.