“Bəxtiyar Soltanov yalan danışır”
13.11.2010 - 19:22
“Bəxtiyar Soltanov yalan danışır”
“Bəxtiyar Soltanov mətbuata açıqlama verib ki, baş məşqçi Leandro Roşa ilə aramızdakı insidenti görüb. Guya mən yerli və əcnəbi futbolçuları seçirəm. Amma Bəxtiyar yalan danışır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bak” klubunun baş məşqçisi Vinfred Şafer deyib.

“Bakı” – Qarabağ oyunundan sonra almaniyalı çalışdırıcı bildirib ki, Sultanov istedadlı futbolçu olsa da, bundan lazımınca yararlana bilmir: “Baş məşqçi heç vaxt heç kimi bir-birindən üstün saymır. Çalışdırıcı məşqdə özünü yaxşı tərəfdən göstərənə heyətdə yer verir. Bəxtiyar ona şans verməməyimizdən şikayətlənə bilməz. Çünki biz ona kifayət qədər şans vermişik. Əvəzedici komandanın oyununu da izlədim. Bəxtiyar istedadlı uşaqdır, lakin istedadından düzgün istifadə etmir. Bundan nəticə çıxarmalıdır. Papağını qabağına qoyub fikirləşməlidir. Cəmşid Məhərrəmov da əvvəllər heyət düşə bilmirdi. Sonralar əsas komandada oynamağa başladı. Bu gün komandanın kapitanıdır. Bəxtiyar da öz üzərində işləməlidir, səhvini anlamalıdır”.