Cəmşid Məhərrəmov: Onun səhvi var
13.11.2010 - 19:36
“Bəxtiyar Soltanovun səhvi var. Komandada baş məşqçi heç kimi bir-birindən ayırmır, legionerləri fərqləndirmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmov deyib.
O bildirib ki, komandanın baş məşqçisi Vinfred Şafer legionerləri üstün tutsaydı, “Neftçi” və “Gəncə” ilə oyunda yerlilərə şans verməzdi: Çalışdırıcı “Neftçi” ilə oyunda Rəhman Hacıyevə, “Gəncə” ilə qarşılaşmada isə əvəzedici heyətdən Nurlan Novruzova şans verdi. Əgər legionerləri üstün tutsaydı, belə gənlərə də yer verməzdi. Bəxtiyarın etdiyi hərəkəti Leandro Roşa etsəydi, o da cəzalanardı. Amma əvəzedici heyətə legionerlər də göndərilib. Lakin sonra üzr istəyib və yenidən əsas komandaya dönüblər. Bəxtiyar da yəqin ki, əsas heyətə qayıdacaq”.

0
0