“Bizim qol vurmaqda problemimiz var” - FOTO
13.11.2010 - 22:05
“Bizim qol vurmaqda problemimiz var” - FOTO
“İlk növbədə heç-heçə etdiyimiz üçün şadam”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.
Qəbələ təmsilçisi bu gün Unibank Premyer Liqasının XIII turunda Bakıda “İnter”lə qarşılaşıb. İngiltərəli mütəxəssis son çempionla görüşdə qazanılan 1 xala görə komandasına təşəkkür edib: “Rəqib çox güclü oynadı. Qapıçımızın da gözəl oyunu bizə kömək etdi. İkinci hissədə futbolçularımın göstərdiyi oyun məni razı saldı”.
Adamsın həmkarı Kaxaber Sxadadze isə bildirib ki, komandası qol vurmaqda problemlə üzləşir: “Həmkarımla razıyam ki, ilk hissədə nəzarət bizdə idi, çoxlu qol imkanları əldə etdik. Futbolda qol vuran qalib gəlir. Bizim qol vurmaqda problemimiz var. "Qəbələ"nin qapıçısı da çox yaxşı oynadı. Bir neçə zədəli oyunçumuz var. "Qəbələ" ikinci hissədə daha yaxşı oynadı, biz isə pressinqi davam etdirə bilmədik".