Sürprizə çox az qalmışdı
13.11.2010 - 22:14
“Bu gün çox çətin və gərgin keçən oyunun şahidi olduq. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Sürpizə çox az qalmışdı”. Apasport.az saytının xəbərinə görə, bunu “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.
Makedoniyalı çalışdırıcı Unibank Premyer Liqasının XIII turunda “Xəzər Lənkəran”a uduzduqları (0:1) oyunla bağlı fikirlərini açıqlayıb: “Rəqibimiz çox güclüdür, Premyer Liqada öz sözünü demiş komandadır. Gənc müdafiəçimiz Elvin Yunusovun yaşının az olmasına baxmayaraq, çox gözəl çıxış etdi. Samir Əliyev də zədəsini tam sağaldıb və qarşıdakı oyunlarda da bizə kömək edəcək”.

0
0