Mirça Rednik: Komandamızda hücumçu problemi var
13.11.2010 - 22:18
Mirça Rednik: Komandamızda hücumçu problemi var
“Şox çətin oyun oldu. "Simurq" bizə qarşı var gücü ilə mübarizə apardı”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.

Cənub təmsilçisi bu gün Unibank Premyer Liqasının XIII turunda autsayder “Simurq”u qəbul etdi. Rumıniyalı komandasının qazandığı minimal hesablı qələbə barədə bunları deyib: “Rəqib çox prinsipial komandadır. Komandamızda hücumçu problemi var. Son oyunda Uinston Parks da zədələndi. Bu səbəbdən əvəzedici heyətdən bir neçə futbolçunu əsas heyətə cəlb etdik. Komandamın oyunundan razı qaldım, futbolçularım oyun boyu durmadan çalışdılar. Qalib gəldiyimiz üçün həm komandama görə, həm də azarkeşlərimizə görə şadam”.