Berti Foqts daha 3 futbolçunu millinin əsas heyətinə qaytardı
14.11.2010 - 00:00
Berti Foqts daha 3 futbolçunu millinin əsas heyətinə qaytardı
Noyabrın 17-də Podqoritsada Çernoqoriya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin heyətinə daha üç futbolçu dəvət olunub. Apasport.az saytının xəbərinə görə, baş məşqçi Berti Foqtsun srağagün açıqladığı siyahıda adı ehtiyat heyətdə göstərilmiş Amit Quluzadə, Cavid Hüseynov və Vaqif Cavadov əsas heyətinə çağırılıb.


Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Aqil Məmmədov (“Bakı”)

Müdafiəçilər: Saşa Yunisoğlu (“Qəbələ”), Vladimir Levin (“İnter”), Nodar Məmmədov (“Qəbələ”), Ruslan Abışov (“Neftçi”), Vurğun Hüseynov (“Turan”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Aqil Nəbiyev (AZAL)

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Aleksandr Çertoqanov (“İnter”), Elvin Məmmədov (“Qarabağ”), Mahir Şükürov (“Anji”, Rusiya), Amit Quluzadə, Cavid Hüseynov (“Neftçi”)

Hücumçular: Vüqar Nadirov (“Qarabağ”), Fərid Quliyev (“Neftçi”), Rauf Əliyev (“Qarabağ”), Vaqif Cavadov (“Bakı”)