Qomes het-tirk etmək şansını qaçırdı
14.11.2010 - 23:02
Qomes het-tirk etmək şansını qaçırdı
Bu gün keçiriləcək 2 oyunla Almaniya Bundesliqasında XII tura yekun vurulacaq. Apasport.az saytının xəbərinə görə, lider “Borussiya” turun açılış matçında “Hamburq”u qəbul edib. “Siqnal İdunapark”da 81 minə yaxın azarkeşin izlədiyi qarşılaşmada dortmundlular Kaqava və Barriosun qolları ilə qələbə qazanaraq, zirvədəki yerini möhkəmlədib. İndi “Borussiya” ən yaxın izləyicisi “Bayer” və “Maynst”ı 7 xal qabaqlayır.

12 noyabr
“Borussiya” D – “Hamburq” – 2:0
Kaqava, 49; Barrios, 70

13 noyabr
“Maynts” – “Hannover” – 0:1
“Verder” – “Ayntraxt” – 0:0
“Volfsburq” – “Şalke” – 2:2
“Köln” – “Borussiya” M – 0:4
“Kayzerslautern” – “Ştutqart” – 3:3
“Sankt Pauli” – “Bayer” – 0:1


14 noyabr
“Bavariya” – “Nürnberq” - 3:0
Qomes, 10; 75; Lam, 57 (p)
Qomes 88-ci dəqiqədə penaltini dəqiq vura bilməyib.
“Hoffenhaym” – “Frayburq” - 0:1