“İnter” üçün daha bir rəqib
14.11.2010 - 12:15
Cənubi Koreyanın “Sonqnam İlva Çunma” klubu Asiya Çempionlar Liqasının qalibi olub. Apasport.az saytının məlumatına görə, İranın “Zob Ahan” klubunu 3:1 hesabı ilə məğlub edən koreyalılar tarixində ikinci dəfə kuboku başı üzərinə qaldırıblar. Bununla da “Sonqnam İlva Çunma” klublararası dünya çempionatına vəsiqə qazanıb. Həmin yarışda Asiyanı təmsil edəcək komanda mübarizəyə ¼ finaldan başlayacaq. “Hekari Yunayted” (Papua Yeni Qvineya) – “Əl Vəhdə” (BƏƏ) cütünün qalibi ilə qarşılaşacaq koreyalılar qalib gələcəyi halda yarımfinalda Avropa Çempionlar liqasının qalibi “İnter”lə görüşəcək.
Qeyd edək ki, klublararası dünya çempionatı dekabrın 8-18-də keçiriləcək.
Qeyd edək ki, klublararası dünya çempionatı dekabrın 8-18-də keçiriləcək.
0
0