Mahir Şükürov ehtiyatda qaldı, lakin sevindi
14.11.2010 - 14:23
Mahir Şükürov ehtiyatda qaldı, lakin sevindi
Rusiya Premyer Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi “Anji” klubu səfərdə “Terek”lə qarşılaşıb. Həmyerlimiz bu matçı ehtiyat oyunçular skamyasında keçirib. Dağıstanlılar millimizin sabiq baş məşqçisi Şahin Diniyevin çalışdığı “Terek” üzərində qələbəyə seviniblər – 3:1.
Bu qələbədən sonra hesabında 30 xal olan “Anji” 11-ci pilləyə yükslib. Diniyevin komandası isə 32 xalla 2 pillə öndə qərarlaşıb.