Aleks Ferqyusonun görmədiyi günlər
14.11.2010 - 14:32
Aleks Ferqyusonun görmədiyi günlər
İngiltərənin “Mançester Yunayted” klubu yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın ilk 13 turunda məğlub olmayan mançesterlilər Aleks Ferqyuson dönəmində ilk dəfə belə uğura imza atıblar. Belə ki, 1986-cı ildən “qırmızı şeytanlar”a rəhbərlik edən mütəxəssis bu 24 il ərzində heç vaxt belə starta şahid olmamışdı.
Qeyd edək ki, “Mançester Yunayted” 13 turda 6 qələbə qazanaraq 7 dəfə heç-heçə iə kifayətlənib.