“Qəbələ”nin legioneri: Mənə 113 dəqiqə verin
14.11.2010 - 14:46
“Qəbələ”nin legioneri: Mənə 113 dəqiqə verin
“Qəbələ” klubunun qapıçısı Pavel Doroşev Unibank Premyer Liqasının XIII turunda da meydanı qol buraxmadan tərk edib. Apasport.az saytının məlumatına görə, latviyalı legioner ardıcıl quru oyunlarının sayını 6-ya çatdırıb. Sonuncu dəfə VII turun “Qarabağ”la matçında qapısında qol görən Doroşev həmin oyunun 83-cü dəqiqəsindən sonra quru seriyaya başlayıb. Emin İmaməliyevin qolundan sonra isə artıq 547 dəqiqə keçib. Sentyabrın 25-dən uğurlu seriyaya başlayan legioner bu nəticə ilə mövsümün 3-cü qapıçısıdır. Lakin Kamran Ağayev və Paulius Qribauskasdan fərqli Pavelin seriyası davam edir. O, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünya qapıçıları üçün tərtib etdiyi siyahıya düşmək üçün daha 113 dəqiqə “dözməlidir”. Çünki həmin cədvələ ən azı 660 dəqiqə qol braxmayan əlcək sahibləri düşür.

Mövsümün “quru seriya”ları

1. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
2. Paulius Qribauskas (“Neftçi”) – 549
3. Pavel Doroşev (“Qəbələ”) – 547 (davam edir)
4. Cahangir Həsənzadə (AZAL) – 455