“Yolun yarısına gəldik”
14.11.2010 - 15:13
“Yolun yarısına gəldik”
İspaniya çempionatının “Vilyarreal”la oyunu “Barselona” klubunun kapitanı Karles Puyol üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi Kataloniya təmsilçisinin heyətində 500-cü oyununu keçirib. Karles qarşılaşmadan sonra bu yubileyə məmnun olduğunu bildirib. Lakin onun üçün daha böyük hədəf var: “500 oyun? Bu, hələ yolun yarısıdır”.
Qeyd edək ki, Puyolun komandası onun yubileyini qələbə ilə qeyd edib – 3:1.