Hiddink Premyer Liqa klubunun hədəfində
14.11.2010 - 15:19
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink yeni təklif alıb. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis karyerasını İngiltərədə davam etdirə bilər. Belə ki, son vaxtlar komandanın nəticələrindən narazı olan “Mançester Siti” klubunun rəhbərliyi Hiddinkə xilaskar gözü ilə baxır. “Şəhərlilər” mütəxəssisi komandanın “sükanı arxasında” görmək istəyirlər. Hiddink hələ Rusiya yığmasını çalışdırdığı vaxt “Çelsi”yə rəhbərlik etməklə Premyer Liqa təcrübəsi qazanıb.
Qeyd edək ki, Hiddink oktyabrın 12-də çalışdırdığı Türkiyə yığması ilə Bakıya gələrək Azərbaycan milli komandası ilə görüşüb və ölkəmizi məğlub tərk edib – 0:1.
Qeyd edək ki, Hiddink oktyabrın 12-də çalışdırdığı Türkiyə yığması ilə Bakıya gələrək Azərbaycan milli komandası ilə görüşüb və ölkəmizi məğlub tərk edib – 0:1.
0
0