Azərbaycan yığması Çernoqoriyaya getdi
14.11.2010 - 16:49
Azərbaycan yığması Çernoqoriyaya getdi

Azərbaycan millisi bu gün Çernoqoriyaya yollanıb. Apasport.az saytının xəbərinə görə, noyabrın 15-də yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 18:00), Podqoritsa Milli stadionunda yığmamızın mətbuat üçün məşqi keçiriləcək. Noyabrın 16-da, yerli vaxtla saat 11:00-da isə (Bakı vaxtı ilə saat 14:00) Crna Gora otelində baş məşqçi Berti Foqtsun mətbuat konfransı təşkil olunacaq.