“İnter”in futbolçusu şikayətləndi: Qol vəziyyətlərindən zəif istifadə edirik
14.11.2010 - 17:14
“İnter”in futbolçusu şikayətləndi: Qol vəziyyətlərindən zəif istifadə edirik
“Qəbələ”- çox çətin rəqibdir. Bu komanda güc futbolu oynayır. Onlar “ilk altılığa” namizədlərdən biridir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun futolçusu Dmitri Kruqlov deyib.

Estoniyalı legioner Unibank Premyer Liqasının XIII turunun “Qəbələ” ilə oyunundan sonra matçın 0:0 hesabı ilə başa çatmasının səbəbini açıqlayıb: "Qəbələ"yə qarşı oynamaq çox çətin idi. Bir sözlə, matç çox mürəkkəb alındı. Qalib gəlməyə yalnız bir qol vura bilməyimiz mane oldu. Bu gün bizə məhz bir qol çatmadı. Bilmirəm nəyə görə, amma son oyunlarda qol vəziyyətlərindən zəif istifadə edirik. Ümid edirəm ki, növbəti oyunlarda istifadə ilə bağlı vəziyyət yaxşılaşacaq və biz yalnız qələbə qazanacağıq”.