“Bundan sonra biz ancaq təkmilləşəcəyik”
14.11.2010 - 17:20
“Bundan sonra biz ancaq təkmilləşəcəyik”
“Oyun çox gərgin oldu. “Qəbələ” yaxşı komandadır. Bizi zəif realizasiya pis vəziyyətdə qoydu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun futbolçusu Kaxaber Mjavanadze deyib.

Gürcüstanlı legioner Unibank Premyer Liqasının XIIII turunun “Qəbələ” ilə oyunu haqda fikirlərini açıqlayıb. Mjavanadze xal itkisinin müsbət effekt verəcəyinə ümid edir: “Futbolda belə də olur. Bizim çox işə qadir olan komandamız var. Bu heç-heçə bizi birləşdirəcək və bundan sonra biz ancaq təkmilləşəcəyik. Bəli, buna görə də, bir qədər oynamaq çətin idi. Hiss edirəm ki, hələ 100 faiz hazır deyiləm. Lakin fikirləşirəm ki, sevimli komandama kömək etmək üçün tezliklə formamı bərpa edəcəyəm”.