Premyer Liqanın çempionu indidən məlumdur
14.11.2010 - 20:40
Premyer Liqanın çempionu indidən məlumdur
Rusiya çempionatının sonuna 2 tur qalmış qızıl medalların sahibin adı məlum olub. Apasport.az saytının məlumatına görə, “Rostov”u 5:0 hesabı ilə darmadağın edən Sankt-Peterburqun “Zenit” klubu son oyunların nəticəsindən asılı olmayaraq ölkə çempionu titulunu qazanıb. Buna liderin ən yaxın izləyicisinin xal itkisi səbəb olub. Belə ki, Nalçikdə yerli “Spartak”la qarşılaşan MOİK səfərdən xal itkisi ilə ayrılıb. Meydan sahiblərinin 89-cu dəqiqədə vurduğu bərabərlik qolu Premyer Liqanın qalibini müəyyənləşdirib.

Qeyd edək ki, “Zenit” Azərbaycan çempionu “İnter”in ölkəmizi təmsil edəcəyi UEFA Çempionlar Liqası və “Birlik kuboku” turnirlərinə vəsiqə qazanıb.